Interposta.Info

Rusiya Polşa diplomatını rüşvət iddiası ilə saxladı
 

Dünya
 16-11-2022, 18:37     190

FTX (FSB. – red.) əməkdaşları Moskvada diplomatik statuslu beynəlxalq təşkilatın əməkdaşı olan Polşa vətəndaşını saxlayıblar.

"İnterPosta" xəbər verir ki, bu barədə RBC FTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qadın Rusiya Federasiyasına spirtli içkilərin idxalı üçün qondarma sənədlərin verilməsinə görə 20 min avro məbləğində rüşvət almaqda şübhəli bilinir. Rusiya Xarici İşlər Nazirliyi onu "qəbuledilməz şəxs” elan edib və ölkəni tərk etməsi üçün ona bir həftə vaxt verib.

FTX həmçinin bildirib ki, onlar qaçaqmalların saxlanması üçün anbar tapıblar. Rusiyaya qeyri-qanuni spirtli içkilərin gətirilməsi ilə məşğul olmaqda şübhəli bilinən üç rusiyalı saxlanılıb, axtarışlar zamanı 2 milyon dollardan artıq 40 tondan çox qaçaqmal spirti ələ keçirilib.

interPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26