Interposta.Info

Ukrayna münaqişəni “dondurmaqdan” imtina etdi: “Biz soyuducu kamerası deyilik”
 

Dünya
 12-11-2022, 18:12     255

Ukrayna münaqişəni “dondurmaqdan” imtina etdi: “Biz soyuducu kamerası deyilik”
"Ukrayna sülh müqaviləsi imzalanmadan və ya problemin başqa bir siyasi həlli olmadan Rusiya ilə silahlı münaqişənin dayandırılmasına razı deyil”.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov milli telemarafonun efirində bildirib.

"Biz heç nəyi dondura bilmərik. Biz soyuducu kamerası deyilik. Biz hava şəraitindən, ilin vaxtından asılı olmayaraq ərazilərimizi azad etməliyik”, – RBC Danilovun açıqlamasından sitat gətirib.

Prezident Volodimir Zelenski daha əvvəl deyib ki, Rusiya "həqiqətən sülhə hazırdırsa”, Ukrayna danışıqlara razıdır. Eyni zamanda, o qeyd edib ki, Kiyev Moskvadan "ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət” gözləyir.

Rusiya hakimiyyəti isə öz növbəsində danışıqlara hazır olduqlarını bəyan edir və Ukrayna hakimiyyətini dialoq aparmaq istəməməkdə ittiham edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26