Ermənistan ordusunda daha bir dövlətə xəyanət faktının üstü açıldı: 370 dollara...
Ermənistan Milli Təhlükəsizlik Xidməti mühüm məlumatları xarici kəşfiyyat xidmətinə ötürən müqaviləli hərbçini üzə çıxarıb.
"İnterPosta" bu barədə Sputnik Erməniastan-a istinadla xəbər verir.
Araşdırmaya görə, müqaviləli V.X. 2021-ci ilin noyabrında Odnoklassniki sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub və altı ay ərzində "Whatsapp” sosial şəbəkəsi vasitəsilə hərbi hissəsinin yeri, döyüş mövqeləri, xidmətin, habelə hərbi hissənin balansında olan nəqliyyat vasitələrinin aparılması qaydasını ona ötürüb. Bunun müqabilində o, 370 dollar alıb.
O, dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. İbtidai istintaq davam edir.
Qeyd edək, xəbəri verən sayt "vətənə xəyanət edən” şəxsin hansı xarici ölkəyə məlumat ötürdüyünü açıqlamayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26