Qazaxıstanın Kiyevdəki səfirliyinin əməkdaşları təxliyə ediləcək
Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir.
Bu barədə jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
“Hazırda söhbət səfirliyin bağlanmasından yox, səfirlik əməkdaşlarının təxliyəsindən gedir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Təxliyə çox güman ki, tam şəkildə olacaq”, - deyə o qeyd edib.
A.Smadiyarov diplomatik heyətin hansı şəhərə təxliyə ediləcəyi barədə dəqiq məlumat verməyib./TASS/oxu.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26