Interposta.Info

İranlılar daha rusları sevmir

Dünya
 2-09-2022, 19:34     268

Ukraynanın işğalı iranlıların Rusiyaya münasibətini kəskin şəkildə dəyişib. ABŞ-ın Merilend Universiteti (CISSM) ilə IranPoll-un 2022-ci ilin iyun-iyul aylarında birgə apardığı sorğusuna əsasən, müharibə başlayandan bəri iranlıların ruslara olan müsbət reytinqi 40%-ə düşüb, narazıların sayı isə artıb.

Rusiya prezidenti Vladimir Putinin Rusiya ilə İran arasında münasibətlərin "yaxşı tempdə" inkişaf etdiyi və ticarət artımının rekordlar qırdığı barədə səsləndirdiyi fikirlərə baxmayaraq, iranlılar artıq Moskvaya rəğbətlə baxmırlar. Əksinə, indi onların əksəriyyəti (57%) Rusiyaya mənfi münasibət bəsləyir.

Eyni zamanda reytinq yalnız Ukraynanın işğalından sonra 50%-dən aşağı düşüb, müharibədən əvvəl iranlıların rəğbəti demək olar ki, 6 il ərzində ardıcıl olaraq 55%-dən yuxarı olub.

Ukraynadakı müharibəyə gəlincə, iranlılar işğalın Rusiyanın özünümüdafiə forması olması tezisini rədd edirlər. Bununla belə, onlar Ukraynanın "Rusiyaya qarşı hərbi ittifaq”a (NATO) qoşulmaq niyyətinə görə "məcburi hücum” arqumenti ilə razılaşırlar.

Eyni zamanda, hər on iranlıdan bir nəfərdən də azı müharibənin başlamasında Ukraynanı günahlandırır, on nəfərdən üçü Rusiyanın məsuliyyətindən danışır, eyni sayda insan ABŞ və digər Qərb ölkələrini günahlandırır. Hər yeddi iranlıdan biri bütün tərəfləri günahkar hesab edir.

Bu arada, İctimai rəy fondunun (İRF) avqustun 16-da dərc etdiyi sorğuya əsasən, rusiyalıların əksəriyyəti (37%) Rusiya Federasiyası ilə İran arasında münasibətləri qənaətbəxş hesab edir. Bununla belə, əksər vətəndaşlar "İran” sözünü "müharibə və terror hücumları” ilə əlaqələndirirlər (19%). Respondentlərin yalnız 6%-i onu qonşu və ya dost kimi qəbul edir. 57% iranlıların və rusların mədəniyyətinin, həyat tərzinin, dəyərlərinin "çox fərqli" olduğuna inanır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26