Interposta.Info

Sanksiyalar təsirini göstərir: Rusiya kömürünün ixracı dayanıb

Dünya
 26-08-2022, 11:16     239

Avropa sanksiyalarının beşinci paketi Rusiya kömürünün idxalını praktiki olaraq dayandırıb.

Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, Rusiyanın ən böyük mədən şirkəti Sibir kömür enerji şirkəti avqustun ortalarından bəri kömür göndərmir.

Rusiya kömürü avqustun 10-da tətbiq edilən məhdudiyyətlər səbəbindən dünya təcridinə məruz qalıb. Avropa şirkətlərinə təkcə Aİ ölkələrinə deyil, bütün dünyada Rusiya kömürünün tədarükü üçün sığorta və maliyyə xidmətləri göstərmək qadağan edilib. Eyni zamanda, ən böyük sığortaçılar Aİ, Böyük Britaniya və İsveçrə şirkətləridir, ona görə də Rusiya şirkətləri və gəmi sahibləri üçün onları əvəz edəcək şirkət tapmaq hələ də çətindir.

"Bloomberg”in mənbələri bildiriblər ki, şirkətlər ixrac üçün başqa sxemlərə baxır, lakin onlar baha başa gələcək və həyata keçirmək üçün daha çox vaxt tələb olunacaq. Nəşrin həmsöhbətləri onu da qeyd edirlər ki, bu, qiymətlərin daha da artmasına səbəb olacaq.

Rusiya hakimiyyəti sanksiyaların xərclərinə görə kömür şirkətlərinin iflasından qorxur. "İzvestiya”ya məlub olub ki, riskləri azaltmaq üçün Energetika Nazirliyi və Sənaye və Ticarət Nazirliyi onların üzərinə düşən vergi yükünü azaltmağı təklif ediblər. Hökumət bu təşəbbüsü təsdiqləsə, sənaye hər il təxminən 4 milyard rubla qənaət edə biləcək, - Etibarlı tərəfdaş assosiasiyasının (enerji resurslarının istehsalçıları və satıcıları birliyi) Müşahidə Şurasının sədr müavini Dmitri Qusev bildirib.
Ətraflı
Aİ-nin sanksiyaları artıq Rusiyanın əsas kömür hasilatı mərkəzi olan Kemerovo vilayətinin iqtisadiyyatını çöküş həddinə çatdırıb. Bir çox şirkətlər mədən işlərini müvəqqəti dayandırıb. Tədarükü Asiyaya yönləndirmək çətin olduğu üçün şirkətlər istehsal planlarını azaldır.

Kemerovo bölgəsi daş kömür istehsalının 60%-ni, kokslaşan kömürün təxminən 80%-ni və bəzi xüsusilə qiymətli kömür növlərinin 100%-ni təşkil edir.

Ümumilikdə, Kuzbasın kömür müəssisələrində 91 min nəfər çalışır, bölgənin əmək qabiliyyətli əhalisinin 20% -i monoşəhərlərdə yaşayır.

Rusiya dünyanın ən böyük üç kömür ixracatçısından biridir və dünya tədarükünün təxminən 17%-nə nəzarət edir. "Bloomberg” qeyd edir ki, kömür sənayesi Rusiya iqtisadiyyatının təxminən 1%-ni təşkil edir.

Energetika nazirliyinin məlumatına görə, 2021-ci ildə Rusiyadan Aİ ölkələrinə kömür ixracı 48,75 milyon ton (ümumi ixracın 22,6%-i) təşkil edib. Böyük əksəriyyəti istilik və elektrik enerjisi istehsal etmək üçün istifadə olunan enerji kömürüdür - 45,3 milyon ton. Daha 3,45 milyon ton - polad istehsalı üçün lazım olan kokslaşmış kömürdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26