Interposta.Info

Ukrayna ICEYE peykinə çıxış əldə etdi: Yerdəki insanlar belə görünür
 

Dünya
 19-08-2022, 17:55     321

Ukrayna ICEYE peykinə çıxış əldə edib. Bu, yer səthinin ətraflı şəkillərini əldə etməyə və onlarda insanları görməyə imkan verir.

Ukraynada "Xalq Bayraktarı” layihəsi çərçivəsində toplanan 600 milyon qrivna (17 milyon dollar) Finlandiyanın ICEYE aerokosmik şirkətinin peykinə çıxış əldə etmək üçün istifadə edilib ki, bu da ölkəyə vaxtdan və hava şəraitindən asılı olmayaraq yer səthinin təfərrüatlı təsvirlərini əldə etmək imkanı verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı teleaparıcı Sergey Pritulanın xeyriyyə fondunun Facebook səhifəsində bildirilir.

Ukrayna, həmçinin bir il ərzində şirkətin məlumatlarına giriş əldə edib.

Fotonun yüksək ayırdetmə qabiliyyətinə görə (hər pikselə 25 santimetrə qədər), mikrodalğalı təsvirlərdə ayrı-ayrı insanları görmək olur.

Pritula özü qeyd edib ki, bu gün ICEYE ən qabaqcıl radar peyk təsviri texnologiyasına malikdir, bu texnologiya Ukrayna hökumətinin ehtiyaclarına cavab verir və ölkənin Silahlı Qüvvələrinə döyüşləri izləməkdə böyük köməklik göstərəcək.

"Alpha Centauri”nin yazdığına görə, ICEYE cihazları Yeri mikrodalğalı (SAR) diapazonda müşahidə edir, məlumatlar bir neçə saatdan bir yenilənir.

Sergey Pritula Fondu daha əvvəl Türkiyənin PUA istehsalçısı "Baykar Makina”dan üç Bayraktarın alınması üçün vəsait toplayıb. Bundan sonra "Baykar” şirkəti Ukraynaya üç ədəd PUA-nı pulsuz təqdim edib və yığılmış vəsaitin Ukrayna Silahlı Qüvvələrinin digər ehtiyacları üçün istifadə oluna biləcəyini bildirib. Norveç və Kanada da türk pilotsuz uçuş aparatlarının alınması üçün vəsait toplama kampaniyasına başlayıb. Litva cəmi üç gün ərzində bir Bayraktarın alınması üçün 5 milyon avro toplaya bilib. Türk istehsalçı Ukraynaya yenə də pulsuz pilotsuz uçan aparat verəcəyini və yığılan vəsaitin ölkənin digər ehtiyacları üçün istifadə oluna biləcəyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26