Interposta.Info

Messi, Şevçenko, Eto və başqa ulduzlar Ukrayna üçün birləşdi

Dünya
 17-05-2022, 21:16     235

"Dinamo” Kiyev, "Milan” və Ukrayna yığmasının əfsanəsi Andrey Şevçenko PSJ-nin hücumçusu Lionel Messi və digər ulduzlarla birlikdə ukraynalı qaçqınlara kömək məqsədilə keçiriləcək xeyriyyə oyununda iştirak edəcək.

Qaynarinfo Tuttomercatoweb-ə istinadla xəbər verir ki (https://www.tuttomercatoweb.com/altre-notizie/shevchenko-si-unisce-al-match-di-integration-heroes-ho-subito-sentito-la-vicinanza-di-eto-o-1683517 ), Ukraynadan olan qaçqınlara kömək məqsədilə xeyriyyə matçı "İnter", "Barselona" və digər klubların tanınmış kamerunlu hücumçusu Samuel Eto'O tərəfindən təşkil olunub.

Görüş mayın 23-də Milanda "San Siro" stadionunda baş tutacaq.

Matçda Şevçenko və Messidən başqa, Françesko Totti, Andrea Pirlo, Uesli Sneyder, Xavyer Zanetti, Filippo İnzaqi, Paulo Dibala və başqa futbol ulduzları çıxış edəcək.

"Mən Samuelin bu layihəyə yaxınlığını dərhal hiss etdim. Biz ayrı-seçkilikdən azad bir dünya yaratmaq niyyətindəyik. Belə bir məqamda mən müharibədən qaçan və dəhşət içində yaşayanlara kömək əlimi uzada bilərəm”, - Şevçenko bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26