Interposta.Info

İran hətta müharibə zamanı da PUA-ların istehsalını təşkil edə bilər - Rus general

Dünya
 11-08-2022, 12:09     87

İran müttəfiqlərin ərazisində, hətta onların döyüş əməliyyatları şəraitində belə pilotsuz təyyarələrin yığılması və istehsalını təşkil edə bilir.

"İnterPosta"Rusiya mediasına istinadla xəbər verir ki, bu fikri RF Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2004-2008), ordu generalı Yuri Baluyevski deyib.

Bundan əvvəl bir sıra KİV-lər İran pilotsuz təyyarələrinin Rusiyaya mümkün tədarükü ilə bağlı xəbərlər dərc etmişdilər.

"İranın kommersiya baxımından mövcud olan müxtəlif komponent və materiallardan istifadə etməklə nisbətən ucuz idarə olunan raketlərin və PUA-ların (pilotsuz uçan aparatların) hazırlanmasında əldə etdiyi uğur, hətta onların iştirak etdiyi hərbi münaqişələr zamanı belə dronların müttəfiqlərin ərazisində yığılması və istehsalını təşkil etməyə imkan verir”, - Baluevskinin nəşr olunmuş "Yadplanetlilərin müharibələri – yeni paradiqma” kitabına öz yazdığı ön sözdə deyilir.

Generalın qeyd etdiyi kimi, husilərin ixtiyarında olan ən müasir ballistik raketlərlə yanaşı, nisbətən sadə sursat və qanadlı raketlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin müasir Qərb qüvvələri ilə silahlanmış hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yaratmağa davam edir.

Xatırladaq ki, bu il mayın sonunda İran hücum pilotsuz uçan aparatları üçün nəhəng yeraltı hərbi bazası olduğunu açıqlamışdı. İran ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvinin sözlərinə görə, İran Silahlı Qüvvələrinin pilotsuz təyyarələri "şübhəsiz ki, regionun ən güclüləridir”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26