Interposta.Info

Rusiya ordusu Toretskə zərbə endirib, dinc sakinlər dağıntılar altında qalıb

Dünya
 6-07-2022, 17:52     298

Rusiya ordusu Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbələri endirib, dinc insanlar dağıntılar altında qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavel Kirilenko məlumat verib.

"Hazırda Toretsk atəşlər altındadır. Raketlər iki binaya düşüb. İlkin məlumata görə, üç nəfər dağıntılar altındadır - xilasetmə əməliyyatı davam edir", - deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır k, ötən sutka ərzində Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Ümumilikdə, Rusiyanın Donetsk vilayətinə hərbi müdaxiləsi başlayandan bəri 570 dinc sakin həlak olub, ən azı 1494 nəfər yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26