Interposta.Info

Ukrayna səfiri: "Rusiyalılar geri çəkildi, çünki "Bayraktar"lar onları rahat buraxmadı"

Dünya
 30-06-2022, 16:46     278

“Rusiyalılar geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ları onları rahat buraxmadı”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar tviterdə yazıb.

“İlan adası bu savaşın simvollarından biridir. Rusiyalılar “xoşməramlı addım” olaraq hərbçilərini oradan geri çəkdiyini söyləyib. Əslində, geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ından açılan atəşlər onları heç rahat buraxmadı. İlan adası yanır, amma işğalçının ayağı oranı tapdalamır”, - səfir qeyd edib.

Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26