Interposta.Info

“Bayraktar”ın Ukraynada məhv etdiyi Rusiya texnikasının sayı açıqlandı

Dünya
 28-02-2022, 15:18     332

"Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın "Bayraktar” TB-2 PUA-sının vasitəsilə Rusiya ordusuna aid azı 21 texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.

"İnterPosta” xəbər verir ki, bu barədə "Clash Report” resursu məlumat yayıb.

Məlumata görə, indiyədək azı 2 ədəd "Buk-M1-2” raket sistemi, 1 ədəd "Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik "Msta-B” haubitsası, 14 yük avtomobili "Bayraktar” tərəfindən məhv edilib.

Qeyd edək ki, "Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya və Liviya ərazisində "Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv kadrlarını yaymaqla məşhurlaşıb./Tərcümə:report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26