Interposta.Info

İstanbulda D-8 İnvestisiya Forumu keçirilir

Dünya
 16-06-2022, 11:54     269

Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandan ibarət İnkişaf etməkdə olan Səkkiz Ölkənin (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə 16 iyun 2022-ci il (bu gün) saat 11:00-da Wyndham Levent İstanbul otelində D-8 İnvestisiya Forumu keçiriləcək.

"İnterPosta"bu barədə "Tr.investing" saytına istinadən xəbər verir.

Məlumata görə, D-8 Katibliyi Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş və TOBB sədri M. Rifat Hisarcıklıoğlu, Nigeriya Federativ Respublikasının xarici işlər naziri Zubairu Dada, Pakistan Federal İnvestisiya Şurasının sədri Çaudhri Salik Hussain və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək toplantıda D-8-in baş katibi səfir İsiaka Abdulqadir İmam, D-8-ə üzv ölkələrin investisiya agentlikləri və D-8 Ticarət və Sənaye Palatalarının nümayəndələri iştirak edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26