Interposta.Info

NATO dronu Krım üzərində - Rusiya dərhal müdaxilə etdi

Dünya
 31-05-2022, 15:13     295


Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri Qara dəniz üzərində Ukrayna üçün kəşfiyyatı aparmağa çalışan NATO pilotsuz uçan aparatının qarşısını alıb.

"İnterPosta" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Novosti” məlumat yayıb.

İddiaya görə, NATO-ya məxsus strateji PUA Krım sahillərinə yaxınlaşıb. Elektron döyüş sistemlərinin müdaxiləsi nəticəsində NATO dronunun planının baş tutmadığı bildirilib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

Mayın 24-də isə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4A Global Hawk” kəşfiyyat dronunun Qara dəniz üzərində müşahidə apararkən görüldüyü deyilib. Pilotsuz təyyarənin Siciliyadakı Siqonella bazasından qalxaraq Qara dənizə doğru istiqamət aldığı deyilib. Amma bir anda idarəetmə mərkəzi ilə əlaqənin kəsilməsi barədə siqnal verilin. Bundan sonra pilotsuz təyyarə istiqamətini dəyişərək Türkiyəyə doğru hərəkət edib, amma sonradan ilkin marşruta qayıdıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26