Interposta.Info

Putindən ŞOK AÇIQLAMA: “Cavabımız sürətli olacaq”

Dünya
 27-04-2022, 23:14     288


Əgər Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, cavabımız sürətli olacaq.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Rusiyaya təhlükə yaradılacağı halda, opponentlərində olmayan silahlardan istifadə edəcəklərini bəyan edib.

Rusiya lideri Ukraynadakı hərbi əməliyyatların hədəflərinə çatana qədər davam edəcəyini vurğulayıb.

"Xüsusi əməliyyatın başlanması Rusiyanın başını almış real təhlükənin qarşısını alıb. Opponentlərimizə dünyada Rusiya kimi böyük ölkə lazım deyil", - o deyib.

Putinin fikrincə, Ukraynanı Rusiya ilə müharibəyə kənar ölkələr sürükləyib. O, Qərbin rusofoblara və nasistlərə dəstəyini də yeni geosiyasi silah adlandırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26