Ukraynada yaşayan azərbaycanlı ruslara əsir düşdü

Ukraynada yaşayan azərbaycanlı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
"İnterPosta" xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Esmira Qasımova məlumat verib.
O bildirib ki, əsir düşən şəxs əmisi oğlu Hafiz Qasımov uzun illər Ukraynada yaşayıb:
"Əmim oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti, Enerqodar şəhərində ruslara əsir düşüb. Uzun illərdir ki, (1980-ci illərdən) Ukraynada yaşayır. 62 yaşı var".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26