Interposta.Info

Ukraynanın 24 hərbi obyekti vuruldu - VİDEO

Dünya
 6-04-2022, 14:51     280

Rusiya Silahlı Qüvvələri ötən gecə ərzində Ukraynanın 24 hərbi obyektinə zərbə endirib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov danışıb.

O əlavə edib ki, Ukraynanın Osa-AKM zenit-raket kompleksi, beş logistik anbar, həmçinin 11 dayaq məntəqəsi və qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər vurulub.

Bu arada Müdafiə Nazirliyi Ukraynanın iki hərbi obyektinə “Oniks” raketlərinin buraxılışını əks etdirən kadrları dərc edib. Zərbələri Qara dəniz sahilindən “Bastion” raket kompleksinin ekipajı həyata keçirib.

Qeyd edək ki, "Oniks" raketi əvvəlcədən müəyyən edilmiş trayektoriyalar üzrə uçmaq və hava hücumundan müdafiə zonalarından yan keçmək qabiliyyətinə malikdir.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26