Interposta.Info

Rusiya ordusu Kiyevə 2 istiqamətdən hücuma keçib SON DƏQİQƏ!

Dünya
 28-03-2022, 11:06     186

Rusiya ordusu paytaxt Kiyevə iki istiqamətdən hücuma keçib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Kiyev şəhərinin müdafiə qüvvələri əsas yollara və yaşayış məntəqələrinə nəzarəti ələ keçirmək üçün şimal-qərbdən və şərqdən müdafiəni yarmağa çalışan rus qoşunlarının qarşısını alır.

Bundan əlavə Donetsk və Luqansk istiqamətlərində gün ərzində Rusiya ordusunun 5 hücumu dəf edilib.

Qeyd edilir ki, Topolskoye, Kamenka, Suxaya Kamenka yaşayış məntəqələri ərazilərində şiddətli döyüşlər davam edir./BAKU.WS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26