Interposta.Info

Azərbaycanlı Ukraynada tankı qənimət götürdü - FOTO

Dünya
 18-03-2022, 00:02     236

Soydaşımız Ukraynada gedən döyüşlərdə bir tankı qənimət götürüb.

"İnterPosta"nın məlumatına görə, bu barədə Lent.az məlumat verib.

Bildirilib ki, Ukraynada gedən döyüşlərdə vətəndaşları olduqları bu ölkənin ordusunun tərkibində azərbaycanlılar da döyüşür. Onların arasında hətta şəhid olanlar, yaralananlar da var.

Azərbaycanlıların da ukraynalılar kimi vətəndaşı olduqları ölkənin müdafiəsində qəhrəmanlıqlar göstərdiyi barədə xəbərlər gəlir.

Onlardan biri də Rövşəndir. Onun soyadını dəqiqləşdirmək mümkün olmasa da əslən Bakıdan olduğu qeyd edilib. Rövşən Zaporojye vilayətində gedən döyüşlərdə bir ədəd tank qənimət götürüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26