Interposta.Info

Bakıdan Suriyaya gedən

Ölkə
 24-01-2017, 22:10     792

Bakıdan Suriyaya gedən
Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın öldrülüb

Hadisənin ən dəhşətli tərəfi isə azərbaycanlı qadının yanında olan 2 azyaşlı övladının da faciəli şəkildə dünyasını dəyişməsidir.

Musavat.com-un əldə etdiyi məlumata görə ana və övladları Suriyanın döyüşlər gedən bölgələrindən birində faciəli şəkildə ölüblər. Onların ölümünə səbəb isə ailənin yaşadığı ərazinin bombalanması olub.

Əldə etdiyimiz məlumata görə bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə 7 yaşlı qızı və 3 yaşlı oğlu olub.

Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdi.

İŞİD silahlı terror qruplaşması tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdı.

Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən 4 ay sonra döyüşlərdə öldürülmüşdü.

Onun meyitinin hazırda döyüş gedən bölgələrdə qaldığı deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26