Interposta.Info

Ruslar hərbi hissəni vurdu - 70 ukraynalı öldü (FOTOLAR)

Dünya
 1-03-2022, 10:01     264

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus hərbçilərinin artilleriya atəşi nəticəsində hərbi hissədə 70 ukraynalı döyüşçü həlak olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

"Dünən düşmən artilleriyası hərbi hissəni əhatə edib. Dağıntılar altından cəsədləri çıxarmaqda davam edirlər. Dövlət Fövqəladə Hallar Xidməti, könüllülər işləyir. Çoxlu ölü var. İndi ölən 70 Ukrayna əsgərinin dəfn edilməsi üçün qəbiristanlıqda yerlər hazırlayırlar”, - Jivitski bildirib.

Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb:

"Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır”.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26