Interposta.Info

Abdusalom Azizov Azərbaycanda hərbi hissəni ziyarət edib –

Ölkə
 16-11-2017, 22:22     7 505

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.

Bu barədə interposta.info-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.

Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.

interposta.info

Abdusalom Azizov Azərbaycanda hərbi hissəni ziyarət edib –

Abdusalom Azizov Azərbaycanda hərbi hissəni ziyarət edib –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26