Interposta.Info

Ağ Ev Putin və Bayden arasında görüş ehtimalını qiymətləndirib

Dünya
 23-02-2022, 09:44     290

ABŞ və Rusiya prezidentləri arasında əvvəllər müzakirə edilən görüş artıq planlarda yoxdur.

"İnterPosta" “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. Lakin bununla yanaşı qeyd edilir ki, ABŞ administrasiyası diplomatiyaya qapı bağlamır.

"Bu görüş indiki mərhələdə əlbəttə ki, planlara daxil deyil", - Ağ Evin mətbuat katibi Cen Psaki sammitin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26