Interposta.Info

Rusiya “DXR” və “LXR”-i tanınmağa hazırlaşır - WarGonzo gizli layihəni çap etdi

Dünya
 14-02-2022, 17:15     240

"Vahid Rusiya”nın deputatları Artem Turov və Viktor Vodolatski DXR və LXR-nin tanınması ilə bağlı qətnamə layihəsi hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə WarGonzo teleqram kanalı yazıb.

Daha bir layihənin Kommunist Partiyası tərəfindən hazırlandığı qeyd edilir. Bazar ertəsi hər iki qətnamə Dumanın şurasına təqdim edilib və fevralın 15-də onlara plenar iclasda baxılacaq.

Kanalın dərc etdiyi VR sənədində "Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərarı ilə bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılması təklif edilir.

Daha əvvəl bildirilmişdi ki, Dumanın MDB işləri üzrə Komitəsi özünü elan edən DXR və LXR-in tanınması təklifi ilə prezidentə müraciət etmək üçün qətnamə variantlarını müzakirə edib. Mənbənin sözlərinə görə, komitə üzvləri sənədin iki variantının dəstəklənməsinə səs veriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26