Interposta.Info

Rusiya “təcavüzkar ölkə” elan ediləcək

Dünya
 29-08-2017, 19:40     10 419

Rusiyanın "təcavüzkar ölkə" elan ediləcəyi Donetsk və Luqansk bölgələrində bəzi rayonların reinteqrasiyasına dair qanun layihəsi payızda Ali Rada tərəfindən nəzərdən keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentin parlamentdəki nümayəndəsi İrina Lutsenko televiziya proqramlarından birində çıxışı zamanı danışıb. Onun sözlərinə görə, qanun layihəsi Ukraynanın öz ərazi bütövlüyünü qoruma hüququna əsaslanır.

“Bu, daha bir müharibə deyil, özünü müdafiə etməkdir. Bu Beynəlxalq Valyuta Fondunun bizə vəsait verməsi üçündür. Bu, investorlar üçündür”, - Lutsenko bildirib.

Ukrayna prezidentin parlamentdəki nümayəndəsi qanun layihəsinin hazırlanmasında Almaniya, Fransa və ABŞ-dan olan mütəxəssislərin də iştirak etdiyini vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26