Interposta.Info

ABŞ İranın Yəmənə göndərdiyi qaçaq silahları ələ keçirdi

Dünya
 24-12-2021, 20:23     368

İrandan balıqçı gəmisi ilə Yəmən husilərinə göndərilən və içərisində təxminən 1400 kalaşnikov silahı və bu silaha aid 226 min güllə olan silah partiyasını Ərəb dənizinin şimalında keçirdiyi əməliyyat zamanı müsadirə edib.

Bu haqda Amerika Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda deyilir. Məlumata görə, Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması dekabrın 22-də yaydığı bəyanatda bildirib ki, "USS Tempest” və "USS Typhon” patrul gəmiləri bu ölkənin sərhəd qvardiyası ilə birgə əməliyyat çərçivəsində sözügedən qeyri-qanuni silah partiyasını saxlayıblar.

Bəyanatda birbaşa və ya dolayı yolla silah ötürülməsi və ya bu işdə iştirakın Amerika sanksiyalarına və Birləşmiş Millətlər Təşkilatı Əmniyyət Şurasının qətnamələrinə zidd olduğu vurğulanıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26