Interposta.Info

Türkiyə gəmisi raketlə vuruldu -

Dünya
 25-05-2018, 21:14     10 569

Yəmənə buğda daşıyan Türkiyənin yük gəmisinə raket hücumu edilib.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Ev bağlı bəyanat yayıb. Ağ Evdən verilən bəyanata görə Yəmənə buğda daşıyan "İnce Bolu" adlı yük gəmisi Husilər tərəfindən vurulub. Daha sonra bəyanatda bu hadisənin olduqca önəmli olduğu vurğulanıb: "Bu hadisələr göstərir ki, Yəməndə baş verən raket təhlükəsi bütün ölkələr üçün keçərlidir və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin həyata keçirilməsi vacibdir"

Haidəsənin ardından ABŞ-ın hərbi-dəniz qüvvələri dərhal hərəkətə keçib.

Məlumatda o da qeyd edilir ki, vurulan gəmidə 50 min ton buğda var. Gəmi Yəmənin Hudaydah şəhəri yaxınlığında yerləşən Saleef Limanı gedirmiş.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26