Interposta.Info

Bayden bu ölkənin rəsmilərinin ABŞ-a girişinə qadağa qoydu
 

Dünya
 17-11-2021, 06:45     313

ABŞ Prezidenti Co Bayden Nikaraqua hökumət nümayəndələrinin ABŞ-a girişinə və immiqrasiyasına qadağa qoyan fərman imzalayıb.

Bu qərar həmin ölkədə insan haqlarının və demokratiyanın pozulması ilə əlaqələndirilib.

"Belə qərara gəldim ki, prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən onun həyat yoldaşı və vitse-prezident Rosario Murilyonun, bu fərmanda adları sadalanan, demokratik təsisatları sarsıdan siyasət və hərəkətləri həyata keçirən və fayda əldə edən başqalarının immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq ölkəmizin maraqlarına uyğundur”, - deyə Baydenin fərmanında deyilir.

Qeyd edək ki, ABŞ bundan əvvəl Nikaraquada keçirilən ümumi seçkilərin nəticələrini tanımaqdan imtina edib və ölkə hakimiyyətinə iqtisadi və diplomatik təzyiqləri davam etdirəcəyini bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26