Interposta.Info

"Qarşımda nə dediyimi guya eşitməyən gözəl qadın var, amma..."- Putindən amerikalı aparıcıa REAKSİYA 

Dünya
 14-10-2021, 19:45     2 289

Putin "Rusiya Enerji Həftəsi Forumu"nun plenar iclasında sessiyanın moderatoru CNBC aparıcısı Hadley Qamblenin suallarını cavablandırıb.

Efirdə amerikalı jurnalistlə Rusiya lideri arasında maraqlı nüans yaşanıb. Belə ki, amerikalı jurnalist Putindən Rusiyanın Avropaya qaz tədarükü barədə sual verib. Putin jurnalistin sualını cavablandırıb, amma amerikalı jurnalist sualı yenidən təkrarlayıb.

Bundan sonra Putin, "Qamble, deyəsən, qulaq asmır. Qarşımda gözəl bir qadın var, mənim dediklərimi eşitməmiş kimi sualı təkrarlayır. Cavabı təkrarlayacağam. Heç kim dinləmək istəmir. İstədikləri tək şey əleyhinə ittiham irəli sürməkdir", - deyə jurnalistə reaksiya verib.

Putin gülümsəyərək, amerikalı aparıcıdan davam etməsini bildirib./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26