Putindən müsahibə alan amerikalı sanksiyalara qarşı:

Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Konqresində keçirilən səsvermə axmaqcasına edilmiş hərəkətdir.
Axar.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist, kinorejissor Oliver Stoun Tvitter hesabında yazıb.
“Konqres ötən həftə Rusiyaya qarşı sanksiyaları təsdiqlədi: 419-3. Senat da geri qalmadı. 98-2. Axmaq hərəkətdir. Gərginliyi daha da artıracaq”, - jurnalist qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26