Interposta.Info

Çin Əfqanıstana 51 milyon manat yardım edəcək

Dünya
 8-09-2021, 18:14     287

Çin hakimiyyəti Əfqanıstana 200 milyon yuan (təxminən 51 milyon manat) təcili yardım göndərəcək.

Qaynarinfo xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van İ deyib.

Diplomat İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan Xarici İşlər nazirlərinin iştirak etdiyi onlayn görüşdə çıxış edib. O, yardımların Əfqanıstan xalqının ehtiyacları ilə əlaqədar olaraq veriləcəyini qeyd edib. Onun sözlərinə görə, Pekin Əfqanıstana ərzaq, qış məhsulları, peyvəndlər və dərmanlar göndərəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26