NATO Əfqanıstana daha 1000 hərbçi göndərir
ABŞ NATO-nun "Qətiyyətli dəstək" missiyasını gücləndirmək üçün alyansdan Əfqanıstana daha 1000 hərbçi göndərməyi xahiş edib
interposta.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin NATO-dakı yeni daimi nümayəndəsi Key Beyli Hatçinson bildirib.
"ABŞ-ın yeni strategiyası çərçivəsində Əfqanıstanda missiyanı gücləndirmək üçün hərbçilərin ümumi sayı 3 min ABŞ əsgəri və təxminən, min NATO hərbçisi olmalıdır", - daimi nümayəndə vurğulayıb.
"Qətiyyətli dəstək" əməliyyatı NATO-nun Əfqanıstan hökuməti qüvvələrinə təlim keçmək və kömək etmək üzrə qeyri-döyüş missiyasıdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26