Interposta.Info

ABŞ Suriya və İraq ərazilərinə bir neçə avia zərbə endirdi – İrana qarşı

Dünya
 28-06-2021, 14:22     503

Bazar günündən bazar ertəsinə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriya ərazisinə və İraqdakı bir hədəfə hücum edib.

"İnterPosta"xəbər verir ki, hadisə haqda "New York Times” qəzeti Co Bayden administrasiyasındakı mənbələrə istinad edərək məlumat verib.

Məlumatda qeyd edilib ki, bu yaxınlarda İraqdakı İran tərəfdarı olan silahlı qruplar Tehrandan göndərildiyi ehtimal edilən PUA-lardan istifadə etməyə başlayıblar. Bunlardan İraqdakı ABŞ hərbi təlimatçılarına və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) işçilərinə hücum etmək üçün istifadə olunur. Hərbi Hava Qüvvələrinin zərbəsi də məhz pilotsuz aparatların yerləşdiyi bazalara qarşı həyata keçirilib.

Digər iki hücum Suriyada anbar olaraq istifadə edilən binalara təşkil edilib. Ağ Evə görə, hücumlar zamanı həmin obyestlərdə çox az adam olub.

Vurulma ehtimalı ilə bağlı bir qədər əvvəl ABŞ Müdafiə naziri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli tərəfindən məlumat səsləndirilib. Ancaq Pentaqon sözçüsü Con Kirbiin dediyinə görə, bölgədə yerləşən ABŞ əsgərləri üçün "təhlükəni aradan qaldırmaq"la bağlı qərarı Bayden şəxsən özü verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26