Interposta.Info

Bu da son:

Dünya
 21-02-2017, 11:33     706

Bu da son:

Türkiyə Silahlı Qüvvələri Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, Azad Suriya Ordusunun xüsusi təlim görmüş 3 minə yaxın əsgəri Əl Babda İŞİD-çilərin indiyə qədər toxunulmaz qalan mövqelərinə hücum edib.

Hücuma Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr də dəstək verib. Gecə əməliyyatı zamanı xeyli sayda terrorçu məhv edilib.

Azad Suriya Ordusunun komandirləri bu əməliyyatı “Son zərbə” adlandırıb və demək olar ki, Əl Babın İŞİD-dən təmizləndiyini açıqlayıb.

Şəhərin terrorçulardan təmizləndiyi gün də Türkiyə ordusu üçün itkisiz ötüşməyib. Ekskavatorun kustar üsulla hazırlanmış bombaya toxunması nəticəsində 1 əsgər şəhid olub, 2-si yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26