Interposta.Info

Paşinyan bu tarixə qədər istefa verə bilər

Dünya
 16-03-2021, 11:33     180

Son günlərdə Ermənistan hökuməti komandalarında erkən seçkilərin keçirilməsi məsələsinə aydınlıq gətirmək üçün ciddi addımlar atır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qəzetin mənbələrinə istinad edərək verdiyi məlumata görə, son iki gündə Baş nazir Nikol Paşinyan və Mülki Müqavilə Partiyasının bir neçə tanınmış nümayəndəsi həm partiya elitası, həm də regional rəhbərliklər və böyük şəhər bələdiyyələrinin rəhbərləri ilə görüşlər keçirirlər. Onlar bölgələrdə hökumətin, konkret olaraq isə Paşinyanın reytinqinin nə yerdə olduğunu görmək istəyirlər.

Artıq aydın təlimat verilib - erkən seçkilər də daxil olmaqla hadisələrin istənilən inkişafına hazır olmaq lazımdır.

Qəzet yenidən mənbələrinə istinad edərək Paşinyanın 23 mart tarixinə qədər istefa qərarına gəldiyini və hətta bəzi məlumatlara görə, hər şey yaxşı getsə, bunun bu gün və ya sabah baş verə biləcəyini yazır. Bu təqdirdə Ermənistanda may ayında erkən seçkilər keçiriləcək.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 25 fevralda bəyanat yayaraq Nikol Paşinyanın hökumətinin istefasını tələb etməsindən sonra ölkədə siyasi böhran daha da dərinləşib. Nikol Paşinyan isə bəyanatı çevriliş cəhdi kimi qiymətləndirərək Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Baş nazir bunu çevriliş cəhdi adlandırıb və dərhal Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Prezident Armen Sarkisyan isə bu sənədi iki dəfə imzalamaqdan imtina edib.

Bu yaxınlarda isə Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün Prezidentə ərizə təqdim etdiyini açıqlamışdı. Hazırda bu vəzifəni Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisinin müavini Stepan Qalstyan icra etməkdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26