Interposta.Info

Türkiyədə daha 63 nəfər koronavirusdan öldü

Dünya
 15-03-2021, 23:58     365


Türkiyədə son sutka ərzində 63 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

"İnterPosta" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 15 503 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 894 893, pandemiya qurbanlarının sayı isə 29 552 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 716 969 pasiyent (son sutkada 15 893 nəfər) sağalaraq evə buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26