Interposta.Info

Türkiyədə son sutkada COVID-19-dan 66 nəfər ölüb

Dünya
 19-07-2021, 09:30     464


Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 233 946 nəfər test edilib, 7 680 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 835 nəfər sağalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26