Interposta.Info

İmmunoloq COVID-19-a qarşı antikorların paradoksundan danışdı

Dünya
 13-03-2021, 12:45     409

Yeni növ koronavirus antikorları bəzi hallarda bədənin antiviral müdafiəsini zəiflədə bilər, bu, çox güman ki, immunitet sistemin fitri xüsusiyyəti ilə əlaqədardır.

"İnterPosta" xəbər verir ki, bu sözləri immunoloq Nikolay Kryuçkov kp.ru saytına verdiyi müsahibədə deyib. "Koronavirusun hücumuna cavab olaraq istehsal olunan bəzi antikor növləri interferonların işinə maneə törədəcək quruluşa sahibdir", - bildirib.

İmmunoloq interferonların infeksiyanın ilkin mərhələlərində göründüyünü və infeksiyanın məhvində iştirak etdiyini, buna görə işindəki maneələrin virusun daha aktiv çoxalmasına və xəstəliyin şiddətlənmə riskinin artmasına kömək etdiyini açıqlayıb:

"Hansımızda müdafiəni "tormozlayan” antikorlarlar inkişaf edə bilər? Bu, hələ də sirrdir, gözlənilməz bir fenomendir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26