Interposta.Info

Uşaqlarda koronavirusun ilk simptomları: Valideynlər DİQQƏT!

Müxtəlif
 3-05-2021, 23:35     614

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov uşaqlarda yeni növ koronavirus infeksiyasının ağır formasının inkişafını göstərən bir sıra simptomları açıqlayıb.

"İnterPosta" Publika.az-a istinadən xəbər verir ki, A.Qorelovun sözlərinə görə, təngənəfəslik, bir neçə gün davam edən hərarət, eləcə də səpki ağır COVID-19 əlaməti ola bilər.
“Uşaqda təngənəfəslik və 3 gündən çox davam edən temperatur narahatçılığa səbəb olan əsas simptonlardır. Bu dəyişikliklər ağırlaşmanın əlamətləri, eləcə də çox iltihablı sindrom ola bilər”, - həkim “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.

Mütəxəssis eyni zamanda səpkilərə diqqət yetirməyi tövsiyə edib.

Həkim əksər hallarda uşaqlarda koronavirus infeksiyasının daha yüngül keçdiyini vurğulasa da, ağırlaşma riskinin ola biləcəyini istisna etməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26