Interposta.Info

Donald Tramp kreslosu uğrunda “şeytan kimi”vuruşacağına söz verib

Dünya
 6-01-2021, 15:31     415

ABŞ prezidenti Donald Tramp prezidentlik kürsüsünü saxlamaq üçün “şeytan kimi savaşacağını” bəyan edərək konqresmenlərdən seçkilərin nəticələrini etibarsız hesab etməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu bəyanatını Corciya ştatında keçirdiyi mitinqdə səsləndirib.

“Co Baydenin seçiciləri Ağ Evi ala bilməyəcəklər!”-deyə D.Tramp tərəfdarları qarşısında gurultulu vəd verib.

Qeyd etmək lazımdır ki, Donald Tramp hazırda bütün ümidlərini vitse-prezident Maykl Pensə bağlayıb. O, bunun üçün Maykl Pensi şantaj etməkdən belə çəkinmir:

“Mən ümid edirəm ki, böyük vitse-prezidentimiz bizə qoşulacaq. O, əla oğlandır. Düzdür o, bizimlə bilrikdə hərəkət etməsə mənim gözümdən düşəcək. Lakin, xeyr!, Mayk həqiqətən əl oğlandır”,-deyə Tramp bildirib.

Corciya ştatında ABŞ Senatına seçilmək uğrunda demokrat Rafael Varnokla mübarizə aparan respublikaçı siyasətçi Kelli Loffler də Co Beydenin qələbəsinə rəsmi şəkildə etiraz edən şəxslərin sırasında olacağını söyləyib.

Donald Trampın bu məsələdə Maykl Pensə çağırışları əbəs deyil. Çünki vitse-prezidentin həqiqətən bununla bağlı bəzi səlahiyyətləri var. Belə ki, o, seçilərin sertifikasiyasını ləğv edə və ya onları yenidən sertifikasiyası üçün ştatlara göndərə bilər. Bundan başqa, onun saxta hesab etdiyi səsvermənin nəticələrini tamamilə ləğv edib onu Nümayəndələr Palatasına təqdim etmək hüququ da var. Əgər bu, baş verərsə, Konqresdə keçiriləcək səsvermədə hər ştat sadəcə bir səsə malik olacaq. Nümayəndələr palatasında isə demokratlar yalnız Kaliforniya, Nyu-York və s. kimi iri liberal ştatların sayəsində say üstünlüyünə malikdirlər. Belə olan halda respublikaçıların ştat sayına görə üstünlüyü açıq-aşkar gözə çarpır. Donald Tramp məhz bu yolla yenidən prezident olmaq istəyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26