Interposta.Info

Türkiyədə karantin qaydaları yenidən sərtləşdirildi

Dünya
 30-11-2020, 23:34     475

Türkiyə hökuməti ölkədə koronovirus riskini azaltmaq üçün məhdudiyyətləri sərtləşdirib.

Yeni qaydalara əsasən, Türkiyədə həftənin ilk beş günü saat 21.00-dan 05.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan "evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq.

Bundan əlavə, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, eləcə də 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26