Interposta.Info

Türkiyədə karantin rejimi sərtləşdirildi XƏRİTƏ

Dünya
 30-03-2021, 09:08     705

Saat 21:30

Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.

Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq qadağası qoyulub.

Prezident Ərdoğan Ramazan ayı boyunca qadağaların qüvvədə qalacağını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26