Interposta.Info

Ermənilərin şok müzakirəsi: Nikolun sinəsi böyüdü – Foto

Dünya
 15-09-2020, 15:24     450

Ermənistanın Baş naziri Nikol Paşinyan və adı daim qalmaqallarda hallanan ailəsi üzvlərinin hakimiyyətə gəldikdən sonra bir hədəfi var - ölkənin üzləşdiyi daxili və xarici problemlərdən cəmiyyətin diqqətini yayındırmaq.

Bu barədə erməni politoloq Gagik Ambaryan yazıb. Onun sözlərinə görə, son iki gündür sosial şəbəkələrin erməni seqmentində ən çox müzakirə olunan mövzu Nikolun sinəsinin fizioloji vəziyyəti və zövqsüz geyimləridir.

Ambaryan bildirib ki, ikinci yerdə Paşinyanın qızı Məryəm (Mariam) qərarlaşıb. Baş nazir qızının TikTok platformasında “Əsas instinkt” filmindəki qəhrəmanı təqlid edərək paylaşdığı fotosu müzakirə mövzusuna çevirilib.

“Bu günlərdə isə Ermənistanda Paşinyanın sinəsindən və ya küçədəki ucuz davranışından daha vacib problemlər yaşanıb. Məsələn “Paşinyan Prodakşn" adlı şirkəti yaratmaqla bütün ailə üzvlərini ora cəlb etmək məsələsi”, - erməni politoloq qeyd edib.

“Paşinyanın ailəsinin nümayəndələri fərasətsiz olduğundan bu biabırçı məsələ tamamilə onların çiyinləri üzərindədir. Əsas odur ki, yürüş iştirakçıları liderlərinin həyatından zövq alsınlar və adi pleyboylar bu liderin ailə üzvlərinin meymunluqlarına heyran olsunlar”, - Ambaryan vurğulayıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26