Interposta.Info

ÜST Covid-19-un bitəcəyi tarixi AÇIQLADI

Dünya
 22-08-2020, 09:52     1 062

“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”.

"İnterPosta" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış "İspan qripi"ni müqayisə edərkən bildirib.

ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”./apa

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26