Interposta.Info

ÜST pandemiya ilə mübarizəyə neçə dollar tələb olunduğunu elan etdi

Müxtəlif
 15-10-2021, 09:43     428

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus G20-lərin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşündə koronavirus testlərinin, həmçinin peyvəndlərin, müalicə və fərdi qoruyucu vasitələrin istifadəsinin genişləndirilməsi üçün 20-25 milyard ABŞ dolları sərmayə tələb olunduğunu söyləyib.

Çıxışın mətni ÜST-ün Cenevrədəki mənzil-qərargahında yayımlanıb.

"Pandemiyaya hazırlıq və reaksiya üçün mövcud maliyyə arxitekturası qeyri-kafidir", - o deyib. ÜST rəhbəri hazırkı maliyyələşdirmənin həcmcə çox kiçik olduğunu, əldə etmək çətin olduğunu və çevik olmadığını söyləyib. Tedros Adanom Qebreyesus COVID-19 üçün diaqnostika və dərmanlara qlobal girişi təmin etmək üçün ACT-"Accelerator” beynəlxalq tərəfdaşlığının strateji planını və büdcəsini tam maliyyələşdirərək qlobal iqtisadi canlanmaya yenidən başlamağa çağırıb.

"Koronavirus testi, müalicə, fərdi qoruyucu vasitələrinə və peyvəndlərə çıxışın genişləndirilməsi və ÜST-ün ilin sonuna qədər bütün ölkələrin əhalisinin 40%-ni, gələn ilin ortalarına qədər 70%-i vaksinasiya etməsini dəstəkləmək üçün 20-25 milyard ABŞ dolları sərmayə lazımdır", - Qebreyesus vurğulayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26