Interposta.Info

Pandemiyada ikinci dalğa gəlir? - TƏBİB-dən açıqlama

Müxtəlif
 8-09-2020, 13:52     746

"Havaların soyuması və xüsusilə yumşalmalardan sonra bu risk daha yüksəkdir".

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Vasif Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanın yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşması ilə bağlı çağırışını şərh edərkən deyib.

Vasif Əliyev pandemiyanın hələ bitmədiyini deyib:


"Biz uzun müddətdir ki, bu barədə məlumat veririk. Pandemiya bitməyib. Gündəlik yoluxma hallarının davam etdiyi bir müddətdə pandemiyanın bitməsindən söhbət gedə bilməz. Payızda bizi daha ağır bir vəziyyət gözləyirmi? Təbii ki, bunu havaların soyuması və xüsusilə yumşalmalardan sonra bu risk daha yüksəkdir. Biz həkimlər olaraq buna hazırıq. Vətəndaşlara məlumat veririk ki, yumşalmalardan sonra rahat olmasınlar, ehtiyyatı əldən verməsinlər, tövsiyyələrə əməl etsinlər. Xüsusilə qış aylarında koronavirusla bərabər başqa infeksiyalar da xəstələrin sayını artıra bilər”.

Vasif Əliyev qeyd edib ki, artıq vətəndaşların bu istiqamətdə də maarifləndirilir:

"Azərbaycanda modul tipli xəstəxanalar tikilir, çarpayı sayı da artırılıb. Dövlət tərəfindən nə lazımdırsa edilir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa çağırıb. O, mövcud pandemiyanın son olmadığını bildirib. ÜST rəhbəri yeni dalğaya əvvəlkindən daha hazırlıqlı olmaq üçün erkən hazırlıqlara başlamağa çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26