Interposta.Info

Bill Qeyts dünyada koronavirusun bitəcəyi tarixi açıqladı - ŞOK İDDİA

Dünya
 9-08-2020, 15:39     651

Dünyanın ən zəngin insanlarından biri olan, “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı diqqət çəkən açıqlamalar verməkdə davam edir.

Musavat.com "CNET"in yaydığı xəbərə istinadən məlumat verir ki, Qeyts verdiyi açıqlamasında dünyanın zəngin ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib.

O bildirib ki, zəngin ölkələrdə koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll olunacaq. Bill Qeytsə görə, digər ölkələrdə bu bəla 2022-ci ilin sonunda başa çatacaq.

Onun sözlərinə əsasən, peyvəndlərin güvənli olub-olmadığını araşdırmadan insanlara tətbiq edilməsinə icazə veriləcək. Bu peyvəndlərin əks-təsirlərinə nəzarət etmək üçün 3-4 aya ehtiyac var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26