Interposta.Info

Bill Qeyts “Instagram”da səhifə açdı -

Ölkə
 15-08-2017, 07:24     10 486

“Microsoft”un yaradıcısı Bill Qeyts “Instagram”da səhifə açıb.

interposta.info-ın lent.az-a istinadən xəbərinə görə, dünyanın ən zəngin insanının profilində bildirilir ki, o, öz xeyriyyə fondunun fəaliyyəti və öz maraqları barədə danışmaq fikrindədir.

B.Qeytsin ilk paylaşımı Tanzaniya səfəri ilə bağlı olub. İş adamı 3 foto yerləşdirib və Muxeza əyalətində məktəblilərlə etdiyi nahar barədə məlumat verib.

Qısa müddətdə səhifəni bəyənənlərin sayı 100 mini ötüb. Səhifə (@thisisbillgates) verifikasiya işarəsinə malikdir.

B.Qeyts isə 25 akkauntu, o cümlədən həyat yoldaşı Melinda Qeyts, “Facebook” rəhbəri Mark Zukerberq, “Instagram”ın həmtəsisçisi Mayk Kriger, məşhur tennisçi Rocer Federer, Nyu-Yorkun sabiq meri Maykl Blumberqin, eləcə də, bəzi xeyriyyə qurumlarının səhifələrini izləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26