Interposta.Info

"Amerika ilə danışıqlar tamamilə lazımsızdır" - Kim Çen Inın bacısı

Dünya
 10-07-2020, 15:32     354

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı və Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin müavini Kim Yo Çjon ilin sonuna kimi ABŞ ilə hər hansı görüş keçirilməyəcəyini bəyan edib.

"İnterPosta" xəbər verir ki, onun sözlərinə görə, 2020-ci ilin sonunadək iki ölkə başçısı arasında görüş olmayacaq.

Kim deyirsə ki, sammit mütləq lazımdır, böyük ehtimalla o, Amerika tərəfdarıdır. Bizim üçün isə tamamilə qeyri-praktik və lazımsızdır" - Kim Yo Çjon deyib.

Kim Çen Inın bacısı nüvəsizləşdirmə əvəzində sanksiyaların götürülməsi siyasətini KXDR-ə qarşı düşmən münasibətin dayandırılması siyasətinə dəyişməyə çağırıb. Onun sözlərinə görə, Pxenyan ABŞ-a vəd etdiyi Yeni il hədiyyəsi"ni hələ etməyib, lakin ABŞ bu "hədiyyə"ni noyabrda prezident seçkisi öncəsi ala bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26