Interposta.Info

Şimali Koreyada hakimiyyət uğrunda rəqabət: Bacı Kim Çjon kimdir? (FOTOLAR)

Dünya
 27-04-2020, 17:28     465

Şimali Koreya diktatorunun kiçik bacısı 31 yaşlı Kim Yo Çjon Kim Çen Inın xəstəlik səbəbiylə ictimaiyyətdə görünməməsindən bəri mətbuatın diqqətini çəkir.

Aprelin 11-dən bəri diktator haqda heç bir xəbər yoxdur və bəzi siyasətçilər onun bu müddət ərzində öldüyünə inanırlar. KXDR-də iqtidara gəlməkdə ən böyük şanslı iki qardaşını hakimiyyətə gəlməkdən uzaqlaşdırmağı bacaran Kim Yo Çjondur. Kim Yo Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini vəzifəsini tutur, Seul Olimpiadasında KXDR-in rəsmi nümayəndəsi olub və eyni zamanda Donald Tramp və Cənubi Koreya Prezidenti Mun Çje İn də daxil olmaqla bir sıra rəsmi görüşlərdə qardaşını müşayiət edib.

İlk dəfə mətbuat onu atası Kim Çen İnin dəfn mərasimində görüb, bundan sonra qızın karyerası kəskin şəkildə yüksəlməyə başlayıb. Xəstəliyi zamanı qardaşını bir neçə dəfə əvəz edib və necə deyərlər, Kim Çen Inın özünün varisi olaraq namizədliyini tamamilə təsdiqləyib.

Hakimiyyət yolunda hazırkı dövlət başçısının bacısına yetkin həyatının böyük hissəsini KXDR-in Şərqi Avropadakı səfiri kimi keçirən kiçik qardaşı, diplomat Kim Pxyön İr rəqib sayıla bilər. Kim Çen Inın böyük qardaşı, 38 yaşlı Kim Çen Çxol indi öz şəxsi həyatını yaşayır, lakin mütəxəssislərin fikrincə, o da nəzərdən çıxarıla bilməz. Kim Çen Inın başqa bir qardaşı, atasının nikahdan kənar övladı Kim Çon Nam 2017-ci ildə Kuala Lumpur Hava limanında öldürülüb. Onun Şimali Koreya kəşfiyyatçıları tərəfindən qətlə yetirildiyi ehtimal edilir./qaynarinfo

Kim Yo Çjonun xüsusi diqqət çəkən fotolarını təqdim edirik.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26